Ömür Karvanı: Zamanın və Sınaqların İzi İlə

Həyat bəzən insanı arzuların zirvəsinə aparır, bəzən də onu ayrılıqların, xəyal qırıqlıqlarının və ağır sınaqların içindən keçirir. Geriyə dönüb baxanda anlayırsan ki, zaman heç kimi gözləmir ömür isə dayanmadan yoluna davam edən bir karvana bənzəyir. “Keçdi karvanım” insan ömrünün keçdiyi keşməkeşli yolları, gəncliyin ötəriliyini, qırılan ümidləri, yaşanmış acıları və bütün bunlara baxmayaraq insanın səbrini, mənəvi gücünü və Haqqa olan inamını poetik dillə ifadə edən duyğulu bir şeirdir. Bu misralar təkcə müəllifin hisslərini deyil, həyatın müxtəlif sınaqlarından keçmiş hər bir insanın duyğularını əks etdirir. Şeir oxucunu ötən illərə nəzər salmağa, yaşadıqlarından nəticə çıxarmağa və həyatın hər anının qiymətini bilməyə səsləyir. Bəzən ömür karvanı həsrətdən, bəzən sükutdan, bəzən də səbrdən keçir. Lakin sonda insanı yolundan döndərməyən ən böyük güc vicdanı, inamı və Haqqın ədalətidir.
Müəllif: Səkinə Bilalova.



Post Comment